Tarix

Az-Granata

2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod,  Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir.  Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması  (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. Az-Granatanın 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.

Fabrik

1
Az-Granata Factory 1

Nar Bağları 

Az-Granata MMC tərəfindən 2006-cı ildən başlayaraq Ağsu rayon Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində yeni nar bağlarının salınmasına başlanmışdır.
Həmin ərazilərdə 2006-2007-ci illərdə 90 hektar, 2008–ci ildə 15 hektar və 2009-2010-cu illərdə 225 hektar, 2015 ci ildə 345 hektar sahədə yerli nar sortlarından ibarət nar plantasiyaları salınmışdır. Bağların salınması zamanı Azərbaycan Gülöyşəsi, Çəhrayı Gülöyşə, Qırmızıqabıq, Nazikqabıq, Bala Mürsəl və Qırmızı mələz sortlarından istifadə edilmişdir. Meyvə bağlarımızda 100-dən artıq işçi çalışır.

Üzüm Bağları

Az-Granata MMC tərəfindən 2006-cı ildən etibarən yeni üzüm bağlarının salınmasına başlanmışdır.  Beləki Az-Granata MMC tərəfindən 2006-cı ildə Şamaxı rayonunda 26.5 hektar, 2007-ci ildə 92 hektar, 2009-2010-cu illərdə 177 hektar, 2011-2012 –ci illərdə 39 hektar sahədə texniki üzüm bağları salınmışdır. 2013-cü ildə daha 28 hektar sahədə texniki və süfrə üzüm sortlarından ibarət yeni bağlar salınıb. 2014-2015 ci illərdə 16 hektar yeni üzüm bağları salınmışdır. Yeni üzüm bağlarının  salınmasında Fillonsera zərərvericisinə davamlı calaq olunmuş yerli və respublikamıza gətirilmiş üzüm sortlarından istifadə edilmişdir.

Az-Granata MMC  üzüm bağlarında süfrə (Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalye, Danuta)  və istehsal (Mədrəsə, Saperaki, Rkasiteli, Kabernet Sauviqnon, Merlo) üçün nəzərdə tutalan üzüm sortları mövcuddur. 

2
Az-Granata Factory 1
3
Az-Granata Factory 3

İstehsalat

Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavod ətrafında 24000 kvadratmetr ərazi yaşıllaşdırılmışdır.
Avadanlıqları Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodda 2 milyon litrəlik hazır məhsul anbarı da mövcuddur. Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikrobioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik standartlara uyğunluğu təmin olunur.

Bağlar

360°
Picture  
Bağlarımıza nəzər salın

Eksport

Az-Granata nar məhsulları Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən orqanik seritifikatlaşdırılıb. Həmçinin aşağıdakı sertifikatlarımız var:


   Bio sertifikatı (Avropa Birliyi)

   USDA Orqanik (ABŞ)
   
   Kosher sertifikatı

   ISO 22000: 2005 Qida təhlükəsizliyini İdarəetmə Sistemi

   ISO 9001: 2008 Keyfiyyət İdarəetmə Sistemi

   Halal Sertifikatı

shadow
shadow
shadow
shadow
shadow
shadow